Şərqdə “Qərbli”

Şərqli insanın yaşam tərzi, dünyaya baxışı tamam fərqlidir. Əgər biz Şərqdə doğulmuşuqsa günah bizdə deyil, yox əgər çıxıb buradan getmiriksə günahkarıq. Desəz ki, Şərqi Qərb edək, onda Qərbli kimi düşünmək lazımdır. Hə buda Kərəmi ağlamaq tutur. Problem ondadır ki, biz düşünə bilmirik. Şərqin dini mövhumata bağlılığı vardır ki, bu bataqlıqdan çıxa bilmir ya da çıxmaq istəmir. İstəmir, konkret istəmir. Yəni Qərbli 21-ci əsrdə Marsa maşın uçurursa bizim Şərqli Aşura günü “ələm” uçurur. Heş zad, bütün fiziki qanunları rəsmən minirik. Din kütlə üçün həqiqət, dindarlar üçün ticarətdir. @vasifalibeyli mənim bu fikirlərim ilə razı olmayacaa yəqin ki, amma bizi din dəyişə bilmir, ya dindar ola bilmirik, ya mömin.

Photo

Hər işdə maddi maraq axtar bir toplum yaratmışıq. Biz yaratmışıq. Deyə bilərsiz niyə hər şeyə pis tərəfdən baxırsan?! Haqlısınız. Alınmır. Balansımız pozulub, birisi yaxşı olsa da “niyə o yaxşıdır ki?” deyərək “nəsə marağı var” cavabını özümüz veririk. Şərqlə Qərbin acı fərqi, nəfsinə sahib ola bilməmək. Çoxdan çox istəmək. Bu dünya fanidir, əsas o biri dünyadır deyən Şərqli var- dövlət yığır, qızıl külçələr, heç vaxt yaşamağa vaxtı olmayacağı malikanələr. Qərbli qocalanda dünya səyahətinə çıxır, bizim Şərqli cənnət qəbzləri toplayır, o dünyasını düşünür.

photo

Şərqdə yaşamaq və Qərbli kimi düşünmək çox çətindir. Düşünmək azdır, Şərqi Qərb kimi yenidən inşa etmək olmazmı? Olmaz, bizim milli dəyərlərimiz var, lənətə gəlmiş dəyərlər. İnkişafı məngənə ilə sıxan dəyərlər.

Cəhalət problemi var Şərqin, “Ələm” problemi var Şərqin. Din problemi var Şərqin.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir