Dünyanın biz istəyən halı.

Dünya günü-gündən müasirləşir, dəyişir, yenilənir. Dəmir pullar yerini kağız pullara, kağız pullar da yerini elektron pullara verməkdədir. Biz dünyanın bu halını yaşayırıq. Bəlkə də kriptovalyutalar bir pramidadır, fırıldaqdır. Amma və ancaq, lakin bir şeyi unutmayaq. Texnologiya. Kriptovalyutaların istifadə etdiyi texnologiya. Blockchain texnologiyası. Məlumatların blocklarda emal olunması və ötürülməsi. Əgər bu gün Western Union dünya ölkələri arasında nağd pul köçürmələri yerinə yetirəndə vaxt baxımından 6-12 arasında bir zamana ehtiyacı varsa biz kriptovalyuta ilə bu əməliyyatı anında, saniyədə edə bilərik. Lazım olan cüzdan adresinə bəlli miqdar yazaraq bunu bir əlin “Enter”ə ani toxunuşu ilə edə bilirik. Banka getmək, növbələrdə durmaq lazım deyil. Bəli, problemlər, əksik qalan hissələr var, texnologiya var, amma tam ideal olmayan yerləri var. Məsələn, kriptovalyutaların sürətli dalğalanması insanları, şirkətləri risk almamağa sövq edir. Tutaq ki, Həsənpaşanın taksi xidməti şirkəti var, o istəyir ki, müştərilərdən ödənişləri elekrton pulla-kriptovalyutalar ilə qəbul etsin. Okey etsin. Amma axşam qəbul etdiyi Steem və ya SBD coin birjada dəyər itirib, Həsənpaşa dayı ziyandadır. Texnoloji baxımdan mümkündür, anında qəbul edilən kriptovalyuta internet üzərində dolların sayı ilə bərabər olan USDT-ə konvertasiya olunsun. USDT( Tether)sabit valyuta sayılır.  Deməli, mümkündür, amma tək valyuta bunun həll yolu deyil. Məsələn, kağız dollar bütün dünyaya hakim ola bilmədiyi kimi, evroya da ehtiyac var, elə bizim manata da. Üzən manata.

İndi bir dünya təsəvvür edin, insanlar Bitcoin ilə alış-veriş edir, Dogecoin ilə taksiyə minir, Steem coin ilə restoranda şam edir. Möhtəşəm mənzərədir. Əslində kriptovalyutadan anlayışı olan hər kəsin görmək istədiyi mənzərə. 

Əlində bir ağıllı telefon yetərlidir sənin bu xidmətlərdən yararlanman. “Digital dünya”  Bu artıq xəyal deyil, gerçək olan və bütün dünyada gerçəkləşə biləcək bir sistem. Məsələn, yaxın gələcəkdə avtobusda, ictimai nəqliyyatda  belə bir söhbətin şahidi ola bilərsiniz.

-“Krediti Ethereum ile götürüm ya Ripple ile?”

+”Digibayt ilə götür, komisiyya daha azdır”

Belə bir mənzərə. İndi bu söhbətlər var, dollar ilə götürüm ya manat?

Sonda bacardığım qədər yaxın ətrafımıza bu texnologoyanı anlatmaqdan çəkinməyək. Gənclərin internetdə daha mənalı və qazanclı bir vaxt keçirməsinə səbəb olaq. Sabah kriptovalyutalar, indiki gördüyümüz valyutalar çöp ola bilər, qazancımız bu texnologiyanın incəliklərini qavramamızdır. Qazancımız  budur.

Yeni blog yazılarında görüşmək ümidi ilə. @revan746 Steemit platforması üçün.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir