Kabab alma, kitab al.

Müasir dünyamızı internetsiz təsəvvür etmək mümkün deyil. Bir gün səhər oyanmısınız və əlinizi atırsınız telefona facebooka girmir, youtube girmir, deməli internet çöküb, ola bilərmi? Əlbəttə, müasir dünyada hər şey baş verə bilər, sivlizasiyalar mütləq çökməlidir. Pik həddə çatıb mütləq məhv olmalıdır. Tarixdə bununsübutu var, mayalıların mədəniyyəti, məsələn. Yəni bir gün yenə dünyanı internetsiz təsəvvür etmək mümkün olacaq. Bəlkə də həmin zamanlarda başqa planetlərə axşam yeməyinə, səhər bal-qaymağa, şirinçaya, Corat qutabına dəvət alacayıq, nə bilim daha nələr və nələr. Amma tarix boyu dəyişməyəcək insanın tək dostu var, kitab. İstər kağız olsun, daş üstünə yazılmış olsun, istər elektron olsun, hər yerdə, zamandan və məkandan asılı olmayaraq insan oğlunun bir şeylər öyrənmək ehtiyacı var.

İstər elmi olsun, istər bədii olsun kitab həmişə insanların ruhunu təzəyib. Elektron dünya nə qədər inkişaf etmiş olsa da kağız kitabı üstələyə bilmədi, bəlkə də bu bir gün olacaq, hələ ki dominantlıq kağız kitablardadır.

Belə bir söz var, uşaq atasına deyib ki, ata, mənə kabab alma kitab al. Gözəl devizdi.

Hər yazılan da əhəmiyyətli deyil ki. İnsanların çox oxuması da önəmli deyil, nə oxuması önəmlidir.

Avropa ölkələrində insanlar il ərzində ortalama 500 evro kitab almağa pul xərcləyirlər.

Sözün bitdiyi yerdir, necə deyərlər “avropa dağılır”.

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir