Azərbaycanda reklam.

Dünya iqtisadiyyatı və marketinqi, türklər demiş pazarlama reklam üzərində qurulub. Yəni reklamsız istehsal olunmuş məhsulu satmaq və gəlir əldə etmək bir az gülüncdür. İl ərzində dünya üzrə reklama xərclənən pulların sayı-hesabı yoxdur. Milyardlardan söhbət gedir. Dünyanın iki ən gəlirli iki şirkəti olan “Apple” və “Samsung” hər il milyonlarla reklamlarına pul xərcləyirlər. Müasir dünyada istehsal önəmli deyil, nə istehsal etdiyin və onu bazara necə çıxaracağın, necə təqdim edəcəyin önəmlidir.

Bu iqtisadi qanun və qaydalar dünya üçün keçərlidir. Azərbaycanda həm yerli, həm xarici məhsullar bir başqa cür təqdim olunur. Ənənəvi reklam üsul və keyfiyyətləmiz var.

Deməli, 90-larda snikers şokolodı təzə-təzə Azərbaycanda tanınmağa başlamışdı. Məlum sovetlərdən ayrılmış bir ölkə hər bir yeni məhsulu, yeni ürünü acgözlüklə mənimsəyirdi. Snikers şirkəti də Azərbaycanda bir reklam çəkmək istəyir, sloqan da bəlli, snikers aclığa qalib gəlir. Şirkət yetkililəri bunun üzərində yerli reklamçılarla işləyirlər. Bizimkilər də bu qardaşları başa salmaq istəyir ki, ay qardaşlar, Azərbaycanda snikersi çayxanada dörd yerə bölüb çay ilə içir bizim insanımız, siz ona açlığa qalib gəlir sloqanını sırıya bilmərsiz. Beləcə dünya reklamı Azərbaycanda özünün iflas günlərini yaşayır.

Bizim milli reklam düşüncəmiz var. Məsələn:  “kənd yumurtası”, “kənd çolpası”, “nehrə yağı”, şampun evəzi “paltar sabunu 72%”

 

Dəyişə bilmərsən bu ənənəni. İllər boyu Azərbaycanın yerli reklam sisteminin dayağıdır.

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir