Nano texnologiyası.

20-ci əsrin 90-cı illərindən başlayaraq fizika, kimya və mühəndislik elmlərinin nailiyyətlərinə əsaslanan yeni bir texnologiya nanotexnologiya intensiv inkişaf edərək edərək 21-ci əsrin texnologiyası statusunu qazanmaq əzmindədir.

Nanotexnologiya nədir? Amerika Milli Nanotexnologiya Təşəbbüsü(The National Nanotechnology İntiative) mərkəzinin gəldiyi rəyə görə bu texnologiya

  1. təqribən 1-100 nm(1nm=metrinmilyardda biri) miqyasında, molekul və ya makromolekullar və atom səviyyəsində araşdırmaların və texnoloji proseslərin inkişaf etdirilməsidir.
  2. atom və molekulların səviyyəsində, tamamilə yeni fiziki və kimyəvi keyfiyyətlərə malik olan strukturunların. sistem və qurğuların yaradılması və tədbiq edilməsdir.
  3. atom səviyyəsində baş verən proseslərə nəzarətin və manipulyasiyanın həyata keçirilməsidir.

Nanotexnologiya atom və molekullarla manipulyasiya edərək yeni keyfiyyətli materialların alınması və bu materiallardan istifadə edərək nanoölçülü maşın və mexanizmlərin, robotların, kompyuter çiplərinin. elektonika avadanlıqlarının, optik cihazların, sensorların, ətraf mühitin kimyəvi və fiziki təmizləyicilərinin, canlı orqanizmlərə maddələrin, o cümlədən dərman preparatlarının daşınmasını həyata keçirən qurğuların yaradılmsını nəzərdə tutur.

Çox möhtəşəm bir texnologiya inqilabının ərəfəsindəyik, yetişmiş bir inqilabın.

Təşəkkürlər, yeni bir blog yazıda görüşmək ümidi ilə.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir