Bayram tətilində kəndə səfər. Yol xatirələri.

Salamlar hər kəsə. Keçmiş də olsa Ramazan bayramınız mübarək olsun.

Bayramı fürsət bilib Bakıdan yol aldıq Qəbələ rayonuna. Qəbələ rayonu son illər Azərbaycanın turizm bölgəsi olaraq çox inkişaf edib. Şəhərdən uzaqlaşdıqca yaşıllıqlar insanı yaşamağa sövq edir 🙂

 

Axşama doğru dağlardan buludlar yüksəlməyə başlamışdı.

Şamaxı rayonundan keçəndə insan bir az qədimlərə qayıdır. Sovet istehsalı Vaz21011 markalı avtomaşınlar hələ də regionlarda taksi xidməti kimi fəaliyyət göstərir.

Son illər yollar və iaşə obyektləri dövlət tərəfindən əsaslı təmir olunmuş kimi görsənir.

Şamaxı Cümə məscidini çəkdim ki, yazdığımı sübut etmiş olum.

Rayon mərkəzləri üstü bəzəkli görünsə də kəndlərdə durum o qədər də ürəkaçan deyil.  Yaz gələndən yağışlar ara vermir. Gündüzlər günəşli olsa da gecələr leysan yağışlar başlayır. Gələk bizim rayona.

Yazını yazmaqda məqsədim odur ki, bölgələrdə eyni problemlər qalmaqdadır.  Yağış yağanda eyni problemlər var, kəndə işıqlar sönür.

Bu şəkillər kəndin gündüz çəkilən halıdır. Axşama yaxın leysan yağışlar başlayır.

(https://youtu.be/_A7Gv0d9wcs)

 

Birdən hava qaraldı, böy üzünü qara buludlar aldı, şimşək elə çaxırdı ki, deyirsən bu dəqiqə dünya dağılacaq. Leysan başladı nə başladı. Tut ucundan göyə çıx.

(https://youtu.be/g_S6HWQtgFk)

Leysan konkret olaraq kənd yaşamını, həyat tərzini iflic hala gətirdi. İşıqlar söndü. Yolları sel-su basdı. Şam işığında gecəni keçirib səhər açılanda Bakıya doğru yol aldıq.

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir